Hindistanın şərqindəki Odişa ştatında ildırım çaxması nəticəsində azı 12 nəfər ölüb.
Bu barədə "The Times of India" yazıb. 
Məlumata görə, təbiət hadisəsi zamanı 14 nəfər yaralanıb.
Bildirilib ki, 2 saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb. 
Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım vurması nəticəsində 907 nəfər həlak olub.скачать dle 12.1