Azərbaycanda yaşayış məntəqələrinin respublika üçün xarakterik olan təbii fəlakətlər üzrə təsnifatı aparılarkən məlum olub ki, əhalisi 2 milyon nəfərdən çox olan 200 yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski şəraitində fəaliyyət göstərir.
BakuPost-un məlumatına görə tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, Azərbaycan ərazilərinin əhalinin məskunlaşması və təsərrüfatın inkişafı üçün zəlzələ hadisəsinin risk dərəcəsinə görə rayonlaşdırılması aparılıb. Müəyyən edilib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin daha çox ziyan vurduğu rayona 2 milyon nəfərdən çox əhalisi olan 395 yaşayış məntəqəsi daxildir. Buraya 58 qəsəbə və Bakı-Abşeron arxipelaqını əhatə etməklə Bakı və Sumqayıt şəhərləri, 27 yaşayış məntəqəsini əhatə edən Abşeron inzibati rayonu, 61 yaşayış məntəqəsini əhatə edən Zaqatala, 54 yaşayış məntəqəsini əhatə edən Balakən, 63 yaşayış məntəqəsini əhatə edən Şamaxı, 111 yaşayış məntəqəsini əhatə edən İsmayıllı, 79 yaşayış məntəqəsini əhatə edən Ağsu bölgələri və Gəncə şəhəri daxildir:
"Azərbaycanın iqtisadi gücünün - sənaye istehsalı potensialının 80 faizdən çoxu bu rayonda cəmlənib. Rayon əsasən, 8-9 ballıq zəlzələ zonasında yerləşib. Respublika ərazisində hər il orta hesabla qeydə alınan 3000-3500 yeraltı təkanların 80-85 faizi bu rayonun payına düşür”.
N.Paşayev qeyd edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin çox ziyan vurduğu rayona Mingəçevir şəhəri, Gəncə-Qazax (Gəncə şəhəri istisna olmaqla), Şəki-Zaqatala (Zaqatala və Balakən istisna olmaqla) və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonları daxildir. Bu rayonda əhalisi 1,2 milyon nəfərə yaxın olan 1073 yaşayış məntəqəsi zəlzələ riski altındadır.
Əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin orta dərəcədə ziyan vurduğu rayona Quba-Xaçmaz, Lənkəran-Astara iqtisadi rayonları, Xızı və Qobustan bölgələri daxildir. Bu rayonda əhalisi 600 min nəfər olan 1227 yaşayış məntəqəsi, əsasən, dəniz səviyyəsindən 0-200 metrdən 1000-1500 m-ə qədər yüksəklikdə, 7 ballıq zəlzələ zonasında yerləşir.
Alim əlavə edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin az ziyan vurduğu rayona 1787,6 min nəfər əhalinin məskunlaşdığı 844 yaşayış məntəqəsini əhatə edən Aran iqtisadi rayonunun (Mingəçevir şəhəri istisna olmaqla) ərazisi daxildir.
Azərbaycanda 8-9 ballıq ZƏLZƏLƏ bu bölgədə ola bilər - AÇIQLAMA
06
sentyabr
10:40

Qarabağ
KOMMENTLƏR
- Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
- Avtobuslarda cibgirlik edənlər tutuldu
- Putin Ermənistana gedir?
- Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub
- Stoltenberq Ukraynaya getdi
- Yeni doğulan körpəni zibilliyə atdılar
- Çin istehsalı olan adapter yandı, ata və qızı öldü
- Ramin Məmmədov Yevlaxda yenidən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcək
- Qadının intiharına görə tanışı tutuldu
- Poliklinikanın binası əxlaqsız yuvasına çevrildi– Rəsmi qurumlar nə deyir?
- Qarabağı tərk edən ermənilərin sayı 70 mini ötdü - YENİLƏNİB
- Hikmət Çətin İlham Əliyevi təbrik etdi
- Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi: “Təslim olun,sizi öldürən deyilik”
- “Doğulduğum Xankəndiyə gedib...” - Fəxrəddin Manafov
- iPhone 15 üçün "mübarizə" - Müştərilər arasında insident yaşandı
- Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib - 3 uşaq ölmüşdü
- Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
- Ziyarətgaha hücum edən şəxsə edam cəzası verildi
- Rusiya Paşinyanın üstünə “xüsusi təyinatlıları” göndərdi: Moskvada verilən hökm
- Zənginlik potensialı ən yüksək olan BÜRCLƏR
- Rəisi: Qarabağ Azərbaycanın ərazisidir, amma...
- İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı AÇIQLANDI
- Mətbəxindən 14 cəsəd çıxan qatil özünü belə müdafiə etdi
- Saxta kampaniyalar və mesajlarla bağlı XƏBƏRDARLIQ
- Qız üstündə DAVA: Ölənlər var
- Prezident iclasın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
- Koronavirusun yeni ştamı sərhədimizə çatdı - 9 nəfər yoluxdu
- Hamilələr bu xəstəliklərlə bağlı genetik testdən keçəcək
- Xocalıda erməni təxribatının qarşısı alındı
- Baş nazirdən iki xəstəliklə bağlı qərar
- Gənc qızlar bir-birini qucaqlayaraq 15-ci mərtəbədən atıldılar
- Qonaq getdiyi evdə 7 yaşlı oğlunun boğazını kəsdi
- Putin Paşinyanın zəngini cavabsız qoyub
- Bu il narkotiklə bağlı nə qədər cinayət faktı aşkarlanıb?