Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sadiq Qarayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Sadiq Qarayevin 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. İttihama görə, Sadiq Qarayev özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Əhəd Abdullayevə (şərti) özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib. O, həmin şəxsin vasitəsilə tanıdığı Zəfər Əliyevin (şərti) qohumu, zərərçəkmiş Zəminə Əsədovanı 30000 manat pulun müqabilində Sumqayıt şəhərində yerləşən 37 saylı bağçaya direktor vəzifəsinə təyin edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib. Sadiq onunla 10000 manat məbləğində pulu 14 saylı notariat kontorunda 25 dekabr 2021-ci il tarixdə, saat 11:30 radələrində borc müqaviləsi bağlamaqla ələ keçirib.
"Bağça direktoru təyin edəcəyəm" deyərək qadından 10 min manat aldı - MƏHKƏMƏ
06
sentyabr
14:59

Qarabağ
KOMMENTLƏR
Baldızının evindən oğurluq edən qadının cəzası artırıldı
Məhkəmə keçmiş arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı qərar çıxardı
Azərbaycanda tələbə qızı oğurlayan şəxslə bağlı QƏRAR
Rüşvətdə ittiham olunan keçmiş müstəntiq yenidən məhkəmə qarşısında
Azərbaycanda kollecin sabiq əməkdaşına elektron qolbaq taxıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat