Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilən 3 erməni futbolçu qarşı tərəfə təhvil verilib. 
Bu gün onların həbs müddəti başa çatıb. 
Erməni KİV onların Bakı vaxtı ilə saat 15.30-da Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsindən Ermənistan tərəfinə təhvil verilməsi barədə məlumat yayıb. 
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, inzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunmalı idi. 
Xatırladaq ki, Azərbaycan bayrağını təhqir edən erməni futbolçuların yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilmişdi. скачать dle 12.1