Azərbaycan Demokrat Partiyası (ADP) Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.
 
Bu barədə açıqlamasında partiyanın sədri Sərdar Cəlaloğlu deyib.
 
O bildirib ki, iki gün əvvəl Ədliyyə Nazirliyindən partiyaya zəng olunub və üzvlərin reyistr siyahısı ilə bağlı müraciətin qəbul oldunduğunu bildiriblər:

"Birinci müraciətdə siyahıda texniki problemlər yaranmışdı. Sonra həmin problemlərin hər birini dəqiqliyi ilə işlədik. Partiya fəaliyyətini davam etdirəcək”. скачать dle 12.1