Braziliyanın Rio Grande do Sul əyalətində fırtınadan sonra elektrik naqillərindən asılmış qoçun ölü görüntüsü ortaya çıxıb.
 
Xarici media xəbər verir ki, qoçun hündürlüyü metrlər olan elektrik dirəyinə necə ilişməsi maraq oyadıb. Düşünülür ki, qoç ya sel suları, ya da fırtınanın təsirindən elektrik naqillərindən asılıb.
Bölgədə yağışların nə qədər davam edəcəyi müəyyən edilmir. Hazırda ölənlərin sayı 31-ə yüksəlib.
İnsanlar hələ də xilas olunmaq üçün damlarda gözləyir.
Əyalətdə 52 mindən çox sakin və 70 qəsəbə daşqından təsirlənib. 5 min 300-dən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd edilib.
скачать dle 12.1