Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsinin həkimi, 1966-cı il təvəllüdlü Təranə Bağırova həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, həkim bir neçə vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə açılmış işin materialları Qaradağ Rayon Məhkəməsinə göndərilib.
İttihamda qeyd edilib ki, həkim T.Bağırova bir neçə qadın tanışını aldadaraq onlardan xeyli pul alıb. T.Bağırova həmin qadınlardan ikisini xəstəxanaya xadimə kimi işə düzəldəcəyinə söz verib və hər birindən üç min manat olmaqla pul alıb. Digər qadın isə Təranəyə oğlunu sürücü kimi işə düzəltməkdə kömək etməsi üçün pul verib. Lakin T.Bağırova bütün pulları ələ keçirib və verdiyi vədi yerinə yetirməyib.
T.Bağırovanın əməlləri barədə cinayət işinin açılmasından sonra o işdən çıxarılıb. Məhkəmənin hökmü ilə T.Bağırova 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
O, qadınların cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.
Bakıda xanım həkim həbs edildi - ŞOK ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI
12
sentyabr
14:54

Qarabağ
KOMMENTLƏR
Müğənni Dənizlə baş həkim arasında 627 min manatlıq QALMAQAL
Bakıda 21 min manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb
Nişanının qaytarılacağından qorxan qız intihar etdi - TƏFƏRRÜAT
Azərbaycanda qadın professor HƏBS EDİLDİ
Baş həkim vətəndaşın 280 min manat pulunu ələ keçirdi - DƏLƏDUZLUQ
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək