Küveytdə cütlük evləndikdən 3 dəqiqə sonra boşanmaq qərarına gəlib.
Xarici media xəbər verir ki, bu Küveyt tarixində ən qısa evlilik hesab olunur.
Mərasimdən dərhal sonra bəy arvadını büdrədiyi üçün “axmaq” adlandırıb. Qız əsəbiləşərək nikahı pozmaq üçün hakimin yanına gedib. Nəticədə cütlük ər-arvad elan edildikdən üç dəqiqə sonra Küveytdə boşanıb.
Qeyd olunub ki, kişi toy mərasimindən dərhal sonra onu alçaltdığı üçün qız çox əsəbiləşib və hakimdən nikahı pozmasını tələb edib. Hakim razılaşıb və toydan üç dəqiqə sonra nikahı ləğv edilib.
Cütlük nigah evini ər-arvad kimi tərk edə bilməyib. Buna görə də Küveyt tarixində ən qısa evlilik hesab olunur.
Sosial şəbəkə istifadəçiləri qadına dəstək olub və onun düzgün hərəkət etdiyini bildiriblər. Xüsusən də internetdə yazıblar ki, kişi əvvəldən özünü belə aparırsa, onu tərk etmək daha yaxşıdır.
Evləndikdən 3 dəqiqə sonra boşandılar
15
sentyabr
12:13

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi