Krasnoyarsk diyarında azyaşlı qətlə yetirilib.
Rusiya mediası bildirir ki, Regional Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 6 yaşlı qızı qətlə yetirməkdə anasının dostu şübhəli bilinir.
Polisdən bildirilib ki, Tağara kəndindəki cinayət barədə məlumat sentyabrın 14-də axşam saatlarında tibb müəssisəsindən daxil olub.
İlkin olaraq müəyyən edilib ki, həmin gün axşam saatlarında evdə 6 yaşlı qız 42 yaşlı anası ilə birgə olub. Otaqda anasının 59 yaşlı rəfiqəsi də olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, böyüklər spirtli içki qəbul ediblər və qəfil qadının dostu baltanın sapı ilə uşağın başına vurub. Zərərçəkmiş kəllə-beyin travması nəticəsində yerindəcə keçinib.
Evə baxış zamanı qətldə şübhəli bilinən balta götürülüb. Hadisəni törədən saxlanılıb.
Sərxoş qadın rəfiqəsinin 6 yaşlı qızını balta ilə öldürdü
15
sentyabr
18:58

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər