Bu il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunan 52 yaşlı Sevda Hüseynzadə ilə bağlı xəbər sosial şəbəkələrdə maraqla qarşılanıb. O, əvvəllər də ali məktəbə qəbul imtahanında iştirak etsə də, ilk dəfə uğur qazana bilib.
“Qafqazinfo”ya açıqlama verən S. Hüseynzadə deyib ki, uşaqlıqdan jurnalist olmaq istəyib: “Bu mənim ilk ali təhsilimdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə ödənişli əsaslarla qiyabi qəbul olunmuşam.
Əvvəldən BDU-nun Jurnalistika fakültəsində oxumaq xəyalım idi. Amma məktəbi qurtardıqdan sonra ilk cəhdim uğursuzluqla nəticələndi. O zaman, 90-cı illərin əvvəlləri çətin dövr idi, insanlar təhsilə o qədər də önəm vermirdilər. Ailəm məni nişanladı. Sonra ailə qurdum, uşaqlarım oldu. O vaxt test üsulu çıxmışdı, istədim o üsulla yenidən imtahan verim. Amma uşaqlarım balaca idi, həyat yoldaşım icazə vermədi.
O arada şeirlər, kiçik məqalələr yazırdım. Düşündüm ki, təhsilim olmalıdır. Pandemiya dönəmində imtahan verdim. Lazım olan balı toplasam da, qabiliyyət imtahanından keçə bilmədim. Bu dəfə də bəxtimi sınamaq qərarına gəldim və bu il qabiliyyət imtahanını da uğurla verib BDU-nun tələbəsi oldum”.
S. Hüseynzadə özü müstəqil hazırlaşdığını, repetitor yanına getmədiyini deyir: “245 bal toplamışdım. Ancaq özüm səhər-axşam imkanım olanda hazırlaşırdım. İmtahanda həyəcan da var idi. Uşaqların test təcrübəsi olur, məndə bu təcrübə də yox idi. Ona görə də bəzi suallarda zəif ola bilərəm.
Hazırda qızım da tələbədir, Memarlıq və İnşaat Universitetində təhsil alır. Oğlum da kibertəhlükəsizliklə bağlı kurs bitirib, xaricdə təhsil almaq üçün hazırlaşır. Mən Şəkidənəm, hazırda uşaqlarımın yanında Bakıda qalıram. Onlara evdə dəstək oluram. Fikrim var ki, qiyabi təhsil alaraq çalışım, universitetin təhsilhaqqını özüm ödəyim. İkinci məqsədim odur ki, təhsilimi bitirəndən sonra magistratura təhsili də alım. Öyrənməyin yaşı yoxdur.
Uşaqkən xəyal edirdim ki, diktorlar kimi ekranda olum, televiziya verilişləri aparım. Hazırda yolum açılıb. Ümidvaram ki, öhdəsindən gələrəm”.
52 yaşında tələbə olan qadın - “Uşaqlıq arzum idi”
18
sentyabr
16:39

Qarabağ
KOMMENTLƏR
- Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
- Avtobuslarda cibgirlik edənlər tutuldu
- Putin Ermənistana gedir?
- Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub
- Stoltenberq Ukraynaya getdi
- Yeni doğulan körpəni zibilliyə atdılar
- Çin istehsalı olan adapter yandı, ata və qızı öldü
- Ramin Məmmədov Yevlaxda yenidən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcək
- Qadının intiharına görə tanışı tutuldu
- Poliklinikanın binası əxlaqsız yuvasına çevrildi– Rəsmi qurumlar nə deyir?
- Qarabağı tərk edən ermənilərin sayı 70 mini ötdü - YENİLƏNİB
- Hikmət Çətin İlham Əliyevi təbrik etdi
- Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi: “Təslim olun,sizi öldürən deyilik”
- “Doğulduğum Xankəndiyə gedib...” - Fəxrəddin Manafov
- iPhone 15 üçün "mübarizə" - Müştərilər arasında insident yaşandı
- Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib - 3 uşaq ölmüşdü
- Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
- Ziyarətgaha hücum edən şəxsə edam cəzası verildi
- Rusiya Paşinyanın üstünə “xüsusi təyinatlıları” göndərdi: Moskvada verilən hökm
- Zənginlik potensialı ən yüksək olan BÜRCLƏR
- Rəisi: Qarabağ Azərbaycanın ərazisidir, amma...
- İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı AÇIQLANDI
- Mətbəxindən 14 cəsəd çıxan qatil özünü belə müdafiə etdi
- Saxta kampaniyalar və mesajlarla bağlı XƏBƏRDARLIQ
- Qız üstündə DAVA: Ölənlər var
- Prezident iclasın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
- Koronavirusun yeni ştamı sərhədimizə çatdı - 9 nəfər yoluxdu
- Hamilələr bu xəstəliklərlə bağlı genetik testdən keçəcək
- Xocalıda erməni təxribatının qarşısı alındı
- Baş nazirdən iki xəstəliklə bağlı qərar
- Gənc qızlar bir-birini qucaqlayaraq 15-ci mərtəbədən atıldılar
- Qonaq getdiyi evdə 7 yaşlı oğlunun boğazını kəsdi
- Putin Paşinyanın zəngini cavabsız qoyub
- Bu il narkotiklə bağlı nə qədər cinayət faktı aşkarlanıb?