Voloqda vilayətinin Çerepovets şəhərində yeni doğulan uşaq zibilxanaya atılıb.
Rusiya mediası bildirir ki, uşağın meyitini yaşayış binalarından birinin zibil yığılan yerində yerli sakin aşkar edib. Hadisə Şimal magistralında yerləşən doqquzmərtəbəli binada baş verib.
“Bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarına zibil poliqonunda yeni doğulmuş körpənin meyitinin tapılması barədə məlumat daxil olub. Hazırda hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir”, - deyə regional istintaq komitəsindən bildirilib.
скачать dle 12.1