Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri, QHT rəhbəri Qənirə Mehdixanlını qətlə yetirən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qənirə Mehdixanlının qətlində təqsirləndirilən nəvəsi, 1995-ci il təvəllüdlü Nicat Əliyevə hökm oxunub.
O, 10 il müddətində azadlıqdan məhrum edilib.
N.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinirdi.
Məlumata görə, Nicat Əliyev nənəsi koronavirusa yoluxduqdan sonra onunla birgə yaşamağa başlayıb. Nicatın mərc oyunlarına meyilli olması, nənəsindən gizlin əşyalarını münasibətlərini pozub.
Nəticədə ötən il iyunun 25-də evə gələn Nicat nənəsi ilə növbəti dəfə mübahisə edib. Bu zaman N.Əliyev nənəsini iplə boğaraq qətlə yetirib.
скачать dle 12.1