"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde"yə qarşı keçirdiyi V turun oyununda ciddi itkilərlə üzləşib.

İkinci hissənin əvvəlində hücumçu Juninyo, sona yaxın isə müdafiəçi Kevin Medina zədələnərək meydanı tərk ediblər.

Onları müvafiq olaraq, Redon Cica və Bədavi Hüseynov əvəzləyiblər.скачать dle 12.1