Bir qrup investor dünyanın ən böyük kriptovalyutası olan "Binance"i reklam etdiyinə görə futbolçu Kriştiano Ronaldoya qarşı məhkəmə iddiası qaldırıb.

Xarici KİV xəbər verir ki, investorlar 1 milyard dollardan çox təzminat tələb ediblər. 

İnvestorlar iddia edirlər ki, "Binance" ilə əlaqəli NFT tokenləri kolleksiyasını təbliğ edən Ronaldon onları itkilərə səbəb olan investisiyalar yatırmağa sövq edib. скачать dle 12.1