"Əl-İttihad"ın hücumçusu Kərim Benzema arzuladığı komandanı formalaşdırıb.

Xarici mediayanın xəbərinə görə, Benzema Manuel Noyeri qapıçı kimi görmək istəyir. 

Müdafiəçilər: Dani Alveş, Pepe, Serxio Ramos, Marselo. 

Yarımmüdafiəçilər: Klod Makelele, Pol Poqba, Zinəddin Zidan, Ronaldinyo. Fransız Ronaldonu və özünü hücum mövqeyinə qoyub.

Kərim “Real”da birlikdə oynadığı portuqaliyalı Kriştiano Ronaldonu, argentinalı Lionel Messini komandasına qatmayıb.
35 yaşlı Benzema 2023-cü ilin iyulundan "Əl-İttihad"da çıxış edir. O, bu mövsüm klubda 16 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
скачать dle 12.1