"Qalatasaray"ın prezidenti Dursun Özbək sol cinah müdafiəçisinin transferini ən qısa zamanda reallaşdıracaqlarını bildirib.
Türkiyə mediası xəbər verir ki, "sarı-qırmızılar" dünyaca məşhur ulduzun transferi üçün cəhdlərə başlayıb.
"Məsələ ilə bağlı işlərə başladıq. Bizə sol cinah müdafiəçi lazımdır. Bunu ən qısa zamanda həll edəcəyik", - klub prezidenti bildirib.
Bir müddət əvvəl "Roma"nın 30 yaşlı sol cinah müdafiəçisi Leonardo Spinazzolanı gündəminə gətirən "Qalatasaray" bir neçə gün sonra İtaliyada nəbzi yoxlayacaq.
"Roma" ilə müqaviləsi mövsümün sonunda bitəcək olan və bu günə qədər müqavilə ilə bağlı razılıq əldə olunmayan təcrübəli müdafiəçi "Qalatasaray"ın marağına isti baxır.
"Roma" futbolçunu satmağa razı olarsa, İstanbul təmsilçisi illik maaş təklifini yüksək tutacaq.
İtaliya klubunda ən çox qazanan futbolçular arasında olan Spinazzolanın da maliyyə gözləntilərinin olduğu bildirilib.








скачать dle 12.1