Türkiyə millisinin və Fransa "Lill"inin futbolçusu Yusuf Yazıcının evi qarət edilib.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Hadisə ötən gecə UEFA Avropa Konfrans Liqasında keçirilən "Lill" - "Klaksvik" matçı zamanı baş verib.
Yazıcı oyundan sonra evinin matç zamanı qarət edildiyini öyrənib.
Türkiyə millisinin üzvünün dəbdəbəli saatlarının, paltarlarının və dəri əşyalarının oğurlandığı bildirilib.
Qeyd edək ki, qarşılaşmaya ilk 11-də başlayan Yazıcı 29-cu dəqiqədə penaltidən vurduğu qolla komandasını 1-0 önə keçirib.
26 yaşlı yarımmüdafiəçi 67-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Yusuf Yazıcı 31 dekabr 2019-cu ildə də anoloji hal yaşayıb və onun evinə girən oğrular Yusufun avtomobilini və qiymətli əşyalarını oğurlayıblar.
Onu da bildirək ki, bu mövsüm "Lill"də bütün turnirlərdə 21 matça çıxan Yazıcı 7 qol və 1 məhsuldar ötürmə ilə komandasının bombardiridir.


скачать dle 12.1