Azərbaycan pauerliftinqçisi Rövşən Xəlilov Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatında uğurlu çıxış edib.
75 kq çəki dərəcəsində yer alan idmançı ümumilikdə 707.5 kq-ın (squat hərəkətində 245 kq - yeni Azərbaycan rekordu, deadlift hərəkətində 292.5 kq - yeni dünya rekordu, bench press hərəkətində isə 170 kq), iki hərəkətin cəmində isə 462,5 kq-ın ( bench press + deadlift) öhdəsindən gələrək 2 qızıl medala sahib çıxıb.
O, iki il əvvəl Azərbaycan çempionatında ayağından zədə aldığı üçün uzun müddət yarışlara qatıla bilməmişdi.
Beşqat dünya çempionu FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşıdır. O, öz qələbəsini FHN-nin yaranma gününə həsr etdiyini bildirib.
Azərbaycan idmançısı Rusiyada keçirilən dünya çempionatında iki qızıl medal qazanıb
18
dekabr
18:15

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu