“Bizim kiçik uğurumuz xalqımızı nə qədər sevindirir. Təəssüf ki, bunu daha çox edə bilmirik, mən də daxil olmaqla, futbolumuzu düzgün inkişaf etdirə bilmirik”.
Bunu "Komanda.az" saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimində deyib.
51 yaşlı mütəxəssis “Qarabağ”ın uğurlarının o qədər də böyük olmadığını düşünür: “Qazandığımız uğurları kiçik saymışam. Azərbaycan futbolundan danışırıqsa, Avropa futbolu ilə müqayisə etməliyik. Avropada futbol həddən artıq inkişaf edir. Bəzən klubun nəticəsinə əsasən deyirlər ki, ölkədə futbol inkişaf edir. Ancaq belə deyil. Avropada klubların iş prinsipləri ilə maraqlanıram, böyük işlər görürlər. Desək ki, uğurumuz var, tamamdır, bizi heç də yaxşı şeylər gözləmir. Futbolumuza daha çox diqqətin ayrılmasını, daha çox futbolçuların, məşqçilərin, funksionerlərin yetişməsini istərdim”.
"Komanda.az" saytı tərəfindən ilin ən yaxşı məşqçisi seçilən çalışdırıcı bunların onun məsuliyyətini artırdığını bildirib: “Dəyər verildikdə daha məsuliyyətli oluram, həvəslənirəm və daha güclü oluram. Eyni zamanda, işim çətinləşir. Çünki o adı qoruyub saxlamaq vacibdir. Heç vaxt istəmərəm ki, hansısa idmançı və ya özüm haqda “zəifdir” ifadəsi işlənilsin. Uğurlarımızın daha böyük olmasını istəyirəm”.
O, komandasının hazırkı durumundan razı olduğunu söyləyib: “Son günlər oyunlarımız, yaxşı anlarımız çox oldu. Bu il qarşıya qoyduğumuz məqsəd üç turnirdə keyfiyyətli çıxış etmək idi. Avropa Liqasında qrupu ikinci yerdə bitirərək pley-offa çıxdıq. Qarşıda çempionat və kubok matçları var. Çempionatda da hər şey qaydasındadır, komandamız birinci yerdədir”.
Qurban Qurbanov: “Futbolumuzu düzgün inkişaf etdirə bilmirik”
19
dekabr
12:14

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu