Braziliya FİFA-dan növbəti xəbərdarlıq alıb.
Bu barədə Associated Press məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) Braziliyanı Braziliya Futbol Konfederasiyasının (CBF) yeni prezidentinin seçkilərinə müdaxilə edəcəyi təqdirdə, milli komanda və klubları beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırmaqla hədələyib.
Agentlik, FİFA-nın, Ednaldo Rodrigesi prezident olaraq əvəz etmək üçün təşkilatın sürətli seçkilər keçirəcəyi təqdirdə Braziliya Futbol Konfederasiyasının dayandırıla biləcəyini söylədiyi bir məktub əldə edib.
Qeyd edək ki, Rodriges dekabrın 7-də vəzifəsindən uzaqlaşdırılıb. Rio-de-Janeyro məhkəməsi bu qərarı 2022-ci il seçkiləri zamanı yol verilən qanun pozuntuları ilə bağlı verib. Ötən həftə Braziliyanın iki ali məhkəməsi qərarı qüvvədə saxlayıb.
Rio-de-Janeyro məhkəməsi həmçinin Braziliyanın ən yüksək idman məhkəməsinin rəhbəri Xose Perdizi Braziliya Futbol Konfederasiyasının prezidenti vəzifəsinə icraçı təyin edib. Perdiz 30 iş günü ərzində yeni prezident seçkiləri təşkil etməlidir.
FİFA-ya görə, bu cür müdaxilələr əsassızdır.
FIFA-dan Braziliyaya xəbərdarlıq
25
dekabr
16:14

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər