İordaniyalı boksçu Raşed əl-Svaisat Polşanın Kelts şəhərində gənclər arasında keçirilmiş dünya çempionatında aldığı zərbədən dünyasını dəyişib.
Bu barədə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 19 yaşlı idmançı aprelin 16-da 81 kq çəki dərəcəsində estoniyalı Anton Vinoqradovla üçüncü raund qarşılaşmasında öldürücü zərbəyə məruz qalıb. Huşunu itirərək yerə yıxılan əl-Svaisat xəstəxanaya çatdırılıb. Həkimlərin bir neçə gün davam edən səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faciəvi hadisə ilə əlaqədar mərhumun əzizlərinə və komanda yoldaşlarına başsağlığı verilib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan yığması bir medalla kifayətlənib. Nicat Hüseynov 49 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Dünya çempionatında faciə: 19 yaşlı boksçu rinqdə öldü
27
aprel
23:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat