Azərbaycan karateçisi Firdovsi Fərzəliyev bu gün Tokio-2020-də mübarizəyə başlayıb.
67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda ilk döyüşündə Türkiyə təmsilçisi Eray Şamdanla (Türkiyə) üz-üzə gəlib. Fərzəliyev 1:7 hesabı ilə məğlub olub.
İdmançımız ikinci döyüşündə isə Naoto Saqoya (Yaponiya) ilə qarşılaşıb. Fərzəliyev rəqibini 1:0 hesabı ilə üstələyib.
Karateçimiz qrupdakı 3-cü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirib. O, 2:6 hesabı ilə uduzub. Beləliklə, idmançımız Tokio-2020-də medal qazanmaq şansını itirib.
Fərzəliyev qrupda 4-cü və son görüşündə Əli El - Savi ilə (Misir) üz-üzə gələcək. Bu döyüş formal xarakter daşıyacaq. 
Qeyd edək ki, Firdovsi Fərzəliyev A qrupunda 3 döyüşdən sonra 2 xalla 3-cü yerdə qərarlaşır. 
скачать dle 12.1