97 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 finalda məğlub edən Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayev finala adlayıb.
Bu, Şərifovun avqustun 7-də təsəlliverici qarşılaşmaya qatılmasına şərait yaradıb. Təcrübəli güləşçi təsəlliverici görüşdə Elizbar Odikadze (Gürcüstan) ilə münasibətlərə aydınlıq gətirəcək. Pəhləvan qalib gəlsə, bürünc medal uğrunda kubalı Reineris Salas Perezlə görüşəcək.