Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.
Ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
Azərbaycan yığmasının üzvlərindən Nurəddin Novruzov startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb.
Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib.
Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb.
Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
57 kq
1/8 final: Nurəddin Novruzov - Simyone Piroddu (İtaliya) 11:6
1/4 final: Nurəddin Novruzov - Daştseren Purvee (Monqolustan) 12:2
1/2 final: Nurəddin Novruzov - Ramazan Baqavudinov (Rusiya)
65 kq
1/8 final: Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan) 8:2
1/4 final: Zirəddin Bayramov - Giorgi Tçoladze (Gürcüstan) 16:5
1/2 final: Zirəddin Bayramov - Reynald Bartlet (ABŞ)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan) 13:3
1/4 final: Cəbrayıl Hacıyev - Kevin Makota (İsveç) 10:0
1/2 final: Cəbrayıl Hacıyev - Stanislav Svinoboyev (Rusiya)
79 kq
Təsnifat: Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya) 10:0
1/8 final: Əşrəf Aşırov - Munxdavaa Bayarmunx (Monqolustan) 10:0
1/4 final: Əşrəf Aşırov - Məhəmməd Abdullayev (Qırğızıstan) 4:2
1/2 final: Əşrəf Aşırov - Maxambet Nurjaubayev (Qazaxıstan)
Güləşçilərimiz dünya çempionatının yarımfinalında
16
avqust
14:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat