Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri seçiliblər.
M.Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Muxtar Respublika prokurorunun müavinidir. Vüsal Nəsirli isə əmək və əhalinin sosial müdafiəsi naziri, federasiyanın yeni prezidenti Sahil Babayevin müavinidir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə boks üzrə Avropa çempionu Rövşən Hüseynov İdarə Heyətinə üzv seçiliblər.
Qeyd edək ki, əvvəlki rəhbərlikdən yalnız Məhərrəm Talıbov və Vüsal Nəsirli vitse-prezident postunda qalıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ABF prezidenti, Milli Məclisin sabiq deputatı və qurumun daha əvvəlki prezidenti Ağacan Abiyev I vitse-prezident, Qaradağ rayonunun icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov vitse-prezident vəzifəsində çalışıblar. //report
Azərbaycan Boks Federasiyasında yeni TƏYİNATLAR
09
fevral
12:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat