Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovla görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, General-polkovnik K.Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından idmançımızı qələbə münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşün sonunda general-polkovnik K.Vəliyev baş leytenant Rafiq Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrini çatdıraraq güləşçimizi təbrik edib, ona "kapitan" poqonlarını və qiymətli hədiyyə təqdim edib.
Avropa çempionuna yeni hərbi rütbə VERİLDİ
12
aprel
11:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat