Türkiyə Futbol Liqasında oynayan "Nazilli Belediyespor" futbol klubunun 46 futbolçusu zəhərlənmə səbəbilə xəstəxanaya yerləşdirilib. 
Futbolçular məşqdən sonra, günorta saatlarında yedikləri yeməklərdən zəhərləniblər. 
Onlar mədə ağrısı şikayətiylə xəstəxanaya aparılıb. Futbolçulardan 18-i müayinədən sonra xəstəxanaya yerləşdirilib, 10-u müşahidə altında, 18-i isə ambulator müalicə alıb. 
Bundan sonra, Türkiyə Kənd Təsərrüfatı Müdirliyi qrupları obyektlərə gələrək yeməklərdən nümunələr götürüb. Araşdırmalardan sonra məsələyə aydınlıq gətiriləcək. 
скачать dle 12.1