Türkiyənin "Fənərbaxça" klubunun gənc futbolçusu Arda Güler "Dinamo"ya (Kiyev, Ukrayna) vurduğu qolu anasına həsr edib.
Bu, 17 yaşlı hücumçunun Avroliqanın qrup mərhələsində ilk qolu olub. Matçın 23-cü dəqiqəsində fərqlənən oyunçu formasını qaldıraraq geyindiyi köynəyi nümayiş etdirib. Köynəyin üzərində "Ana, səni çox sevirəm" ("Annecim, seni çok seviyorum") sözləri yazılıb.
Oyundan sonra A.Güler açıqlamasında qol sevinci haqqında bunları deyib: "Anam 2 ay əvvəl ürəyindən əməliyyat olunmuşdu. Ondan sonra futbol oynamaq, buna köklənmək çətin idi. Özümə söz vermişdim ki, ilk qolumu anama həsr edəcəyəm".
Qeyd edək ki, ötən gecə "Dinamo"ya 2:0. hesabı ilə qalib gələn "Fənərbaxça" qrup lideri kimi 1/8 finala yüksəlib.
скачать dle 12.1