İstanbulun “Qalatasaray” klubunda vaxtilə birlikdə çalışmış Fatih Terim və Uesli Sneyder Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bir araya gəliblər. Hər iki şəxs Fransa-Mərakeş matçını “Əl-Bayt” stadionunun tribunalarından izləyib. Fotonu U.Sneyder özünün sosial şəbəkə hesabında paylaşaraq yazıb: “Yenə bir yerdəyik. İmperator!” “Qalatasaray” azarkeşləri paylaşımı böyük rəğbətlə qarşılayıblar. скачать dle 12.1