“Yokohama”nın yarımmüdafiəçisi Kadzuyoşi Miura karyerasını Portuqaliyada davam etdirəcək.
İcarəyə verilən 55 yaşlı yapon Portuqaliyanın ikinci divizionundan “Oliveyrense”yə keçib. Klubla müqavilə 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
“Oliveyrense” yarımmüdafiəçinin karyerasında 16-cı klub olacaq. O, əvvəllər Braziliya, İtaliya, Xorvatiya və Avstraliyada çıxış edib.
Miura karyerasının 38-ci mövsümünü keçirir. O, Yaponiya Premyer Liqasında oynayan ən yaşlı oyunçu, eyni zamanda çempionatın ən yaşlı qolçusudur.
Mənbə: sports.ruскачать dle 12.1