“Real” rəhbərliyi FIFA-nın təqdim etdiyi “The Best” mükafatının nəticələrindən narazı qalıb.
Madrid klubu Çempionlar Liqası, La Liqa, Avropa Superkubokunu əldə etmələrinə baxmayaraq, komandanın futbolçularına məhəl qoyulmamasına təəccüblənib. Benzema “Qızıl top”u, Tibo Kurtua isə Lev Yaşin mükafatını qazanıb, ancaq onlar FIFA-nın mükafatlarına layiq görülməyiblər. Bundan başqa, “Real”da hesab edirlər ki, hücumçu Vinisius Junior ilin komandasına seçilməli idi.
2022-ci ilin ən yaxşı oyunçusu mükafatı PSJ və Argentina millisinin hücumçusu Lionel Messiyə verilib. Onun millidəki yoldaşı, “Aston Villa”nın qapıçısı Emiliano Martinez 2022-ci ilin ən yaxşı qolkiperi seçilib. Lionel Skaloni (Argentina) isə ən yaxşı məşqçi adına layiq görülüb.
Mənbə: As.com
“Real” “The Best”in nəticələrindən narazı qalıb
01
mart
10:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat