Xarici media bildirir ki, 26 yaşlı futbolçu klubla yeni müqavilə imzalamaq variantını seçib. Qolovin və “Monako” arasında hazırkı müqavilə 2026-cı ilin yayına kimi bağlanıb. Əvvəlki müqavilə 2024-cü ildə başa çatmışdı.
Xatırladaq ki, Qolovin 2018-ci ildə “Monako”nun futbolçusu olub. Onun ÇSKA-dan transferi kluba 30 milyon avroya başa gəlib. Bu, rusiyalı futbolçu üçün tarixdə rekord satış qiymətidir.
Bu mövsüm Qolovin “Monako”nun heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Klub 28 turdan sonra 54 xalla Fransa çempionatının cədvəlində dördüncü yerdədir. “Monako” artıq Avropa Liqasını və Fransa Kubokunu tərk edib.
