Rusiyanın çempionatında ən çox qol vuran əcnəbi futbolçuların siyahısı yenilənib.
“Spartak”ın futbolçusu Kvinsi Promes Premyer Liqanın XXIV turunda “Krasnodar”la görüşdə (4:3) fərqlənərək, zirvəyə şərik olub. 169 oyunda 85 dəfə rəqib qapılarının torunu silkələyən niderlandlı ilə birgə iranlı Sərdar Azmun və braziliyalı Vaqner Lav da eyni sayda qol vurublar.
Siyahıda Azərbaycan millisinin keçmiş hücumçusu Nazim Süleymanov da var. Rusiyada “Alaniya” və “Jemçujina”nın formalarını geyinmiş N.Süleymanov Rusiya çempionatında 150 oyun keçirib və 50 qol vurub. O, siyahının 10-cu pilləsində qərarlaşıb.
Almaniyalı keçmiş forvard Kevin Kuranyi də eyni qədər fərqlənib. Sadəcə o, bu saya 123 oyunda çatıb.
Qeyd edək ki, Nazim Süleymanov hazırda da Rusiyada çalışır. 58 yaşlı mütəxəssis “Ximki”nin U-19 komandasının baş məşqçisidir.
Mənbə: sport-express.ru
Rusiyada ən çox qol vuran əcnəbilər: İlk onluqda azərbaycanlı da var
25
aprel
15:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat