2022/23 mövsümünün sonunda İngiltərənin yüksək divizionunu tərk edən "Lester"i on oyunçu tərk edə bilər. 
Bu barədə Britaniyanın “The Mirror” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərənin bəzi top klublarının maraq göstərdiyi Harvi Barns və Ceyms Maddison bu yay "Lester"i tərk edəcəklər.
Bundan başqa, Çağlar Söyuncu, Conni Evans, Daniel Amarti, Rayan Bertrand, Nampalis Mendi, Ayoze Peres və Yuri Tielemans kimi futbolçuların da iyunun sonunda karyerası başa çatacaq. Böyük ehtimalla Vilfred Ndidi də “tülkülər”dən ayrılacaq.
26 yaşlı Meddison üçün "Lester" ən azı 57,5 milyon avro almaq istəyir. Daha əvvəl ingilis yarımmüdafiəçinin xidmətində "Nyukasl" və "Tottenhem"in maraqlı olduğu bildirilirdi.
2022/23 mövsümünün sonunda "Lester" İngiltərə Premyer Liqasını tərk edib. “Tülkülər” gələn mövsüm Çempionşipdə çıxış edəcək.скачать dle 12.1