Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Amin Osmanov Moldovanın paytaxtı Kişineuda 15-17 yaşlı oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində bir qızıl və iki gümüş medal qazanıb.
Ağır Atletika Federasiyasından verilən məlumata görə, yaşı 17-yə qədər olan oğlanlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 99 kq nəticə göstərib və bütün rəqiblərini üstələyib.
"Göyəzən" Ağır Atletika Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 117 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 216 kq (99+117) nəticə göstərən Osmanov yekun sıralamada da ikinci yeri tutub.
Qeyd edək ki, iyulun 10-dək davam edəcək yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edəcək.
скачать dle 12.1