İyulun 10-da “Mundo Deportivo” “Barselona”nın braziliyalı hücumçu Neymarı geri qaytarmaqdan imtina etməsinin səbəbləri barədə məlumat yayıb.
Mənbənin sözlərinə görə, PSJ-nin hücumçusunun xidmətlərini onun agentləri Kataloniya klubuna təklif etsə də, “Barselona” rəhbərliyi Neymarın qaytarılmasının iqtisadi cəhətdən sərfəli olmayacağına qərar verib. Bundan başqa, braziliyalının komandada olması soyunub-geyinmə otağında çətinliklərə səbəb ola bilər.
Xatırladaq ki, 31 yaşlı braziliyalı hücumçu 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. 2017-ci ilin yayında PSJ Neymarın transferi üçün 222 milyon avro ödəmişdi. Bu, hələ də futbol tarixində ən bahalı transferdir.
Braziliyalı ötən mövsüm Paris klubunda 28 oyun keçirib, 16 qol vurub və 17 məhsuldar ötürmə edib. Neymarın parislilərlə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
"Barselona"nın Neymarı geri qaytarmamasının SƏBƏBİ
10
iyul
12:22

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər