Braziliya millisinin futbolçusu Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvaya qarşı keçirdikləri oyunda aldığı zədə səbəbindən 10 ay meydanlardan uzaq qalacaq.

31 yaşlı hücumçu sabah dizindən əməliyyat olunacaq. Əməliyyatın yaxşı keçəcəyi təqdirdə belə onun 2024-cü ilin sentyabrından əvvəl meydanlara qayıda bilməyəcəyi bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl Hilal” klubuna 90 milyon avroya transfer olunan forvard yeni komandasında 5 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb
скачать dle 12.1