PSJ klubunun yarımmüdafiəçisi Danilo Pereyra zədələnib.
Sağ bud nahiyəsindən zədə alan portuqaliyalı futbolçunun milli komandaların oyunları ilə bağlı yaranan fasilənin sonuna qədər meydana çıxa bilməyəcəyi qeyd olunub.
Bu isə o deməkdir ki, Pereyra Portuqaliya millisinə də kömək edə bilməyəcək.
Onun təxminən 3 həftə sonra sıraya qoşulacağı gözlənilir.
Qeyd edək ki, 32 yaşlı yarımmüdadiəçi bu mövsüm PSJ-də 9 oyun keçirib.