Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü ildə “Qızıl top” mərasimini həmtəşkilatçısı olacaq. 

Xarici media bildirir ki, bu barədə qurumun saytında məlumat verilir.

UEFA mükafata ev sahibliyi edən “France Football” və “L'Equipe” media şirkətlərinin sahibi olan “Groupe Amaury” ilə tərəfdaşlıq elan edib. UEFA kommersiya təşviqi və mükafatlandırma mərasiminin təşkili ilə məşğul olacaq.

UEFA-nın rəhbəri Aleksander Çeferin deyib: “UEFA və “Qızıl top” idman mükəmməlliyi ilə sinonimdir, ona görə də bizim tərəfdaşlığımız tanınma və sinerjinin təbii kombinasiyası olacaq ki, bu da müstəsna olmağı vəd edir”.

2023-cü ildə “İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi “Qızıl top”u alıb. O, karyerasında səkkizinci dəfə bu mükafatı qazanıb.
скачать dle 12.1