"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi, daha bacara bilməyəcəyini hiss edənə qədər futbol oynayacağını deyib.
Xarici media bildirir ki, bu barədə “MarcaQ xəbər verir.
“Artıq bunu edə bilməyəcəyimi hiss edənə qədər davam etmək istəyirəm. Fiziki vəziyyətimin istədiyim kimi oynamağa imkan vermədiyini hiss edənə qədər”, - Messi deyib.
Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə bağlanmayıb və argentinalı azad agentə çevrildi. O, qalmaq üçün maaşının yarısını verməyə hazır olduğunu etiraf edib. İspaniya komandasının tərkibində Messi 10 dəfə çempionluq qazanıb, 7 dəfə ölkə kuboku və 4 dəfə Çempionlar Liqasının qalibi olub.
Hücumçu iki il Fransanın PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.
Messi nə vaxta qədər futbol oynayacaq? – Özü AÇIQLADI
06
noyabr
13:44

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər