Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gələn “Sumqayıt” yeni uğura imza atıb.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bu, xallarının sayını 21-ə çatdıran Samir Abasovun komandasının qış fasiləsinə qədər olan dövr üçün mütləq rekordudur.
“Gənclik şəhəri” təmsilçisi heç vaxt fasiləyədək bu qədər xal toplamayıb. Premyer Liqada 2011/2012-ci illər mövsümündə debüt edən “Sumqayıt” qışadək 14, hətta 18 oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Bunadək rekord 20 xala bərabər idi. Komandanın aktivində 2012/13 mövsümündə 18, 2017/2018-ci illər mövsümündə isə 14 matçdan sonra 20 xal olub.
Qeyd edək ki, qış fasiləsinə qədər qalan 5 turda sumqayıtlılar bu rekordu yeniləmək imkanına da malikdir.
“Sumqayıt” klubu öz rekordunu yeniləyib
13
noyabr
12:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat