Ardıcıl müdafiəçi zədələri və "Fənərbaxça"da 6 nömrəli formanın boş olması səbəbindən transfer işlərinə başlanarkən, komandadan göndərilməli 3 əcnəbi futbolçunun müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Türkiyə mediası xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) 14 xarici oyunçu qaydalarına uyğun olaraq heyətini qurmağa çalışan İsmail Kartal və komandası rəhbərliklə koordinasiyalı şəkildə həm alınacaq yeni futbolçuları, həm də ayrılacaq adları müəyyənləşdirməyə çalışır.
Pendik matçında Rodriqo Bekaonun aldığı ağır zədə müdafiənin mərkəzinə heç olmasa bir transferi zəruri edib.
Ötən mövsümdən zədəli olan Linkoln Henrikenin qayıdışı, müdafiəçi və 6 nömrənin gücləndirilməsi ilə əcnəbilərin sayı 17-yə çatacaq. Beləliklə, klub ən azı 3 əcnəbi futbolçu yollarını ayıracaq.
Fürsətlərdən lazımi şəkildə istifadə edə bilməyən Rayan Kent və zədələndikdən sonra sabit bir performans göstərə bilməyən Coşua Kinq göndərilməyə ən yaxın olan futbolçulardır.
Zədə sonrası performansı qiymətləndiriləcək Linkoln, ciddi formada performans düşüşü yaşayan Miha Zajc və Batshuayi də yolların ayrılacağı namizdələr sırasındadır.
"Fənərbaxça" 3 əcnəbi ilə yollarını ayırır
18
noyabr
19:50

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA