“Everton” azarkeşləri İngiltərə Premyer Liqasının maliyyə feyr-pley qaydalarını pozduqlarına görə ölkə çempionatında klubdan 10 xalı kəsmək qərarına etiraz etmək üçün ianə aksiyası təşkil ediblər.
Xarici media xəbər verir ki, azarkeşlərin 48 saatdan az müddətdə 30.000 avro topladığı bildirilir. Bu vəsait Premyer Liqanın qərarına qarşı sözlərin yazılacağı İngiltərə çempionatında qarşıdakı Toffees matçlarında asılacaq bayraq və bannerlərin alınmasına xərclənəcək. Hazırda vəsaitin toplanmasının davam etdiyi və buna görə də göstərilən məbləğin arta biləcəyi vurğulanır.
Xatırladaq ki, Premyer Liqanın növbəti turunda “Everton” “Mançester Yunayted”lə qarşılaşacaq. Qarşılaşma Liverpul komandasının doğma stadionu “Qudison Park”da baş tutacaq.
Azarkeşlər 10 xal silinməsin deyə 30 min avro yığdılar
21
noyabr
12:27

Qarabağ
KOMMENTLƏR
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən azad etdi
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....