"Qürur hissi ilə bildirmək istəyirəm ki, artıq Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə "YAŞAT" Fondunun yaradılmasından 1 il ötüb".
Bunu deputat Nurlan Həsənov deyib.
Onun sözlərinə görə, bu müddət ərzində Fond tərəfindən 2921 şəhid ailəsi ziyarət olunub, 5050 yaralı əsgərimizin müraciəti qeydiyyata alınıb, ümumilikdə isə onların həyat şəraitinin yaxşılaşdırılması üçün 50 milyondan çox vəsait xərclənib.
"Məhz Fondun 1 yaşını qeyd etməsi münasibətilə və uğurlu fəaliyyətini gələcəkdə də davam etdirməsi üçün bu aylıq əmək haqqımı "YAŞAT" Fonduna ianə edirəm və həm deputat həmkarlarımı, həm də bütün sadə vətəndaşlarımızı Fonda mütəmadi dəstək olmağa və tarixi Qələbəni bizə yaşadanları yaşatmağa çağırıram", - deyə N.Həsənov vurğulayıb.
скачать dle 12.1