Amerika və Avropa şirkətləri növbəti 5 ildə təxminən 1 trilyon dollara qədər vəsait xərcləyərək, istehsal əməliyyatlarını Çindən çıxarmaq niyyətindədir.
“Bank of Amerika” tərəfindən keçirilmiş sorğunun materiallarından aydın olur ki, qlobal sektor şirkətlərinin 80 faizi pandemiya dövründə tədarük zəncirinin dağılması ilə üzləşib. Bu da onların 75 faizini məcbur edir ki, istehsalı xaricdən qaytarmaq planlarını genişləndirsinlər.
Bundan əvvəl, çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trmp bəyan edib ki, istehsalı Çindən ABŞ-a qaytaran şirkətlərə vergi güzəştləri edəcək. ABŞ Ticarət Nazirliyi isə bazar ertəsindən başlayaraq, Çinin «Huawei Technologies Co.» telekommunikasiya şirkətinə yönəlik məhdudiyyətləri sərtləşdirib və faktiki olaraq, ABŞ texnologiyaları əsasında istehsal olunmuş bütün avadanlıqlara onun girişini dayandırıb.
Bankın materialında qeyd olunur ki, cari ilin yanvarında, hələ pandemiyaya qədər keçirilmiş sorğu «real və stuktur» tendensiyasının qloballaşmadan lokallaşmaya doğru istiqamətləndiyini göstərib.
Qeyd etmək yerinə düşərdi ki, bununla bağlı “Bank of Amerika”nın analitikləri investorlara mühəndis-tikinti və avadanlıq, avtomatlaşdırma, energetik və elektron avadanlıqlar istehsal edən şirkətlərin səhmlərini almağı tövsiyə edirlər və hesab edilər ki, onlar istehsalın lokallaşdırılması trendi nəticəsində uda bilərlər.
ABŞ və Avropa istehsalı Çindən çıxarıb aparır - Qloballaşmanın sonudur?
21
avqust
10:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat