"Vergi borcu olanlar da hesab aça biləcəklər".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər.
“Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı.
Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.
Bu məhdudiyyətin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır”, - deyə deputat əlavə edib.
Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
24
yanvar
10:52

Qarabağ
KOMMENTLƏR
"Bakı Metropoliteni"nin 14 milyondan çox vergi borcu ÜZƏ ÇIXDI - FOTO
Ramiz Mehdiyevin kürəkəninin PULU QURTARIB? - təsisçisi olduğu şirkətin vergi borcu var
Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
"Bakı Metropoliteni”nin dövlətə vergi borcu - 9 milyonu keçdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat