Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 091,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 % çox vəsait yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb. İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 %-i məhsul istehsalı sahələrinə, 529 milyon manatı (48,4 %-i) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 milyon manatı və ya 77,3 %i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 %, büdcə vəsaitləri 47,7 %, əhalinin şəxsi vəsaitləri 6 %, bank kreditləri 2,9 %, sair vəsaitlər isə 2,2 % təşkil edib.
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 61 faizdən çox artıb
14
fevral
13:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat