Sentyabrın 27-dən etibarən Ermənistan təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi əks- hücum əməliyyatları nəticəsində düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib və ya qənimət götürüb. Belə ki, düşmənin 252 tankı məhv edilib. 53 tank hərbi qənimət kimi götürülüb - toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma yenə də hələ ki, tanklar var. Piyadaların 50 döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. Toplam 79. 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb.
Toplam 106. 53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib. Dörd TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi məhv edilib.Ən bahalı qurğulardan olan 6 “S-300” zenit-raket kompleksi məhv edilib.
Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus” məhv edilib. 1 “Toçka-U” raketi məhv edilib. 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”. Bu, milyardlarla itki deməkdir.
Əlbəttə, müharibə böyük kampaniyadır. Və bu kampaniya üçün böyük miqdarda maliyyə tələb olunur. İndiki müharibə dönəmində isə maliyyə durumu onsuz da çökmüş vəziyyətdə olan Ermənistanın iqtisadi dayaqları tamamilə məhv olub. Artıq bu ölkədə illərdir, həllsiz qalan sosial problemlər daha da dərinləşib. Ölkə əhalisi iqtisadi çətinliklər məngənəsində sıxılır.
Məhz ona görə də hazırda Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı etirazlar baş qaldırmaqdadır. Ac-yalavac qalan ermənilər döyüşməkdən də imtina edirlər. Maraqlıdır, büdcəsi xarici donor və ianələr vasitəsilə təşkil olunan Ermənistanın post-müharibə dövründə iqtisadi aqibəti necə olacaq?
Vəziyyəti “Sherg.az”a şərh edən iqtisadçı- ekspert Natiq Cəfərlinin sözlərinə görə, Ermənistan iqtisadiyyatının strukturuna baxdıqda aydın görmək olur ki, onun kənardan hər hansı maddi dəstək olmadan ayaqda qalması və yeni müharibəyə başlaması mümkünsüzdür:
“Ermənistan iqtisadiyyatı kifayət qədər zəifdir və primitiv model üzərində qurulub. Əsasən, Rusiyadan asılı olan və başqa ölkələrdə yaşayan ermənilərin öz ailələrinə köçürdükləri vəsait hesabına ayaqda qalan bir iqtisadi modeldir.
Dövlət büdcəsinin təxminən 15 faizə yaxınını xaricdə yaşayan ermənilərin, diasporların qrantları-ödənişləri təşkil edir. 2020-ci il üçün Ermənistanın dövlət büdcəsi cəmi 3.6 milyard dollar təşkil edir. Pandemiya ilə əlaqədar ölkə iqtisadiyatına kifayət qədər ziyan dəyib və buna görə də büdcədə 5 faizə qədər azalma baş verib. Bu 27 sentyabra qədər olan məlumatlardır.
Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində bu günə qədər məhv edilən hərbi texnikanın ümumi dəyəri 2 milyard dollara yaxındır. Bu Ermənistan iqtisadiyyatı üçün böyük bir zərbədir.
Onların hələ də ayaqda qalma səbəbi, təəssüf ki, kənardan göstərilən maddi dəstəkdir. Əgər qarşı tərəf məğlubiyyəti qəbul etməyib yenidən müharibəyə başlamaq istəsə indiki hərbi itkilərinin yerini doldurmaq üçün Ermənistana 2-2.5 milyard dollar lazımdır ki, bu da onların illik dövlət büdcəsinin 75 faizini təşkil edir”.
Ekspert, həmçinin Ermənistana pulsuz silahların verilməsindən də söz açıb:
“Çox hallarda onlara silah pulsuz olaraq verilir. Bir neçə il bundan öncə Ermənistana Rusiya tərəfindən 1 milyard dollar dəyərində pulsuz silah verilməsi ilə bağlı məlumatlar rus mediasında öz əksini tapmışdı”.
Ermənistan iqtisadiyyatına böyük zərbə: - “Post-müharibə dövründə ayaqda qala bilməyəcək!"
26
oktyabr
15:23
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev