Çərşənbə axşamı qızılın qiyməti bir qədər yüksəlib, bazar iştirakçıları ABŞ-da inflyasiya ilə bağlı məlumatların dərcini gözləyirlər ki, bu, Federal Ehtiyat Sisteminin (FED) pul-kredit siyasətinin perspektivlərini qiymətləndirməyə kömək edəcək.
Spot bazarda qızılın unsiyasının qiyməti 0,2 % artaraq 2 026,09 ABŞ dolları olub. Qızıl fyuçersləri eyni qiymət - bir unsiya üçün 2 033,7 ABŞ dolları ilə satılıb.
Spot bazarında gümüş 0,3 % ucuzlaşaraq bir unsiya üçün 25,50 ABŞ dollarına düşüb. Platin 0,2 % bahalaşaraq 1 072,26 ABŞ dollarına, palladium isə 0,5 % ucuzlaşaraq 1 546,97 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, çərşənbə günü ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) açıqlanacaq.
Ekspertlərin fikrincə, inflyasiya hesabatı iyunda FED-in növbəti dəfə faiz artımını gözləməyə əsas verərsə, qızılın unsiyası 1 950-1 920 ABŞ dollarına düşə bilər.
Qızıl inflyasiya risklərinə qarşı hedcinq hesab edilir, lakin faiz dərəcələrinin artması qızılın investorlar üçün cəlbediciliyinə mənfi təsir göstərir.
Treyderlər ABŞ Mərkəzi Bankının iyun ayında faiz dərəcələrini dəyişməz saxlayacağı ehtimalını 91 % kimi dəyərləndirir.
İqtisadi məlumatlarla yanaşı, investorlar ABŞ-ın bank sektorundakı vəziyyətin inkişafını və dövlət borcu tavanı probleminin həllini yaxından izləyirlər.
скачать dle 12.1