"Azərbaycan orbitdə 46-cı dərəcə meridianda yerəşir. Bu meridiana Malayziya hökuməti tərəfindən 90-cı illərdə ərizə verilib. Yəni? bu meridianı Azərbaycan Malayziya ilə bölüşür".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
Agentlik sədri qeyd edib ki, əlverişli əməkdaşlıq nəticəsində Malayziya bu resursu Azərbaycana vermək qərarına gəlib.
“İlini sonuna qədər Malayziya ilə bu prosesi sonlandıracağıq. 46-cı dərəcə tam Azərbaycanın mövqeyi olacaq. Bundan sonra biz istəsək, 5-6 peyk buraxa biləcəyik”,- deyə S.Əsədov bildirib.скачать dle 12.1